Ekvadorun dövlət neft şirkəti ölkədəki etirazlara görə fəaliyyətini dayandırıb

0 6

Bakı. Trend:

Ekvadorun dövlət neft-qaz şirkəti “Petroecuador” iğtişaşlarla
müşayiət olunan kütləvi anti-hökumət etirazları səbəbindən neft və
neft məhsullarının tədarükü üzrə müqavilələrdə fors-major vəziyyət
elan edib.

Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə şirkət müvafiq bəyanat
yayıb.

Məlumatda qeyd olunur ki, mövcud vəziyyəti milli və beynəlxalq
ticarətdə kəşfiyyat, hasilat, neft məhsullarının daşınması
əməliyyatlarında gözlənilməz hadisə və ya fors-major kimi təsnif
etmək qərara alınıb.

“2022-ci il iyunun 13-də başlayan tətillər nəticəsində
karbohidrogen hasilatı əməliyyatlarına nəqliyyatın hərəkətinə
maneçilik törətməklə, dövlət əmlakına ziyan vuraraq məhv etməklə və
yataqları ələ keçirməklə xətər yetirilib”, – bəyanatda deyilir.

Kütləvi etirazlar Ekvadorda həftənin əvvəlindən başlıyıb.
Nümayişçilər benzinin qiymətinin aşağı salınmasını və artan
cinayətkarlıq fonunda vətəndaşların təhlükəsizliyinin təmin
edilməsini tələb edirlər.

Leave A Reply

Your email address will not be published.