Filippin Prezidentinin qızı ölkənin yeni vitse-prezidenti kimi and içib

0 8

Tokio, 12 iyun, AZƏRTAC

Filippinin hazırda hakimiyyətdə olan Prezidenti Rodriqo Dutertenin qızı Sara Duterte iyunun 20-də ölkənin yeni vitse-prezidenti kimi and içib. Xatırladaq ki, əvvəllər Davao şəhərinin meri olan Sara Duterte seçkilər zamanı 32,2 milyon səs toplayıb.

AZƏRTAC xəbər verir ki, andiçmə barədə reportaj Filippin Prezidentinin sarayından birbaşa yayımla nümayiş olunub.

İnauqurasiya mərasimində S.Dutertenin atası, ölkənin yeni Prezidenti Ferdinand Markos, keçmiş vitse-prezident, hazırda konqresmen olan Qloriya Makapaqal Arroyo, bir neçə xarici səfir və yerli siyasətçilər iştirak ediblər. Qeyd edilir ki, iyunun 30-da rəsmi olaraq vitse-prezident vəzifəsini tutacaq S.Duterte həm də ölkənin təhsil naziri olacaq.

Xatırladaq ki, Filippində ümumi seçkilər mayın 9-da keçirilib. Hazırda dövlət başçısı olan 77 yaşlı Rodriqo Duterte bu vəzifəni iyunun 30-da tərk edəcək. Həmin gün yeni Prezident oğul Fedinand Markosun inauqurasiya mərasimi keçiriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

AZERTAG.AZ :Filippin Prezidentinin qızı ölkənin yeni vitse-prezidenti kimi and içib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.