Formula yarışlarına görə bağlanan yollarda hərəkət bu il daha tez bərpa olundu – Bakı Şəhər Halqası

0 2

Bakı. Trend:

Bakı Şəhər Halqasına aid olan küçə və prospektlərdə, Formula 1
azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması
məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq
yığışdırılıb.

Şirkətdən Trend-ə verilən
məlumata görə, bununla, Formula 1 Azərbaycan Qran Prisinin
keçirildiyi son altı ildə, yollar, bir həftə olmaqla ən qısa zaman
müddətində bərpa edilərək, nəqliyyatın tam hərəkəti üçün hazır
vəziyyətə gətirilib.

“2022–ci il Formula 1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın
hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə
şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların
rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma
çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası
tərəfindən zəruri addımlar atılacaqdır”, – deyə Bakı Şəhər Halqası
Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov bildirib.

Xatırladaq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022-ci il
Formula 1 Azərbaycan Qran Prisi 3 gün davam etməklə 10-12 iyun
tarixlərində baş tutub.

Leave A Reply

Your email address will not be published.