Gənclərin məşğulluğu prioritet olaraq qalır — Nazir

0 2

Bakı. Trend:

Gənclərin məşğulluğu hər zaman prioritet olaraq qalır.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev deyib.

O bildirib ki, gənclər üçün bir sıra proqramlar nəzərdə
tutulur:

«Həm BMT ilə birgə həyata keçiriləcək, həm dövlət vəsaiti
hesabına layihələrdə gənclərin məşğulluğuna xüsusi yer ayırılıb.
Bir çox hallarda ali təhsilli məzunlarla bağlı danışırıq. Amma bu
gün bazarda həm də peşə təhsilli və orta ixtisas təhsilli şəxslərə
ehtiyac var. Bu səbəbdən gənclərin peşə karyerasının düzgün
planlaşdırılması ən önəmli istiqamətlərdən biridir. Son 3 ildə biz
həm karyera məsləhət proqramlarının icrasına, həm də peşəyönümlü
məsləhət xidmətlərinin icrasına başlamışıq. Düşünürük ki, gənclərə
hələ məktəbli dövründən istiqamətləri daha çox aşılamalıyıq».

Nazir həmçinin gənclərin elektron imkanlardan istifadəsini
tövsiyə edib. Bildirib ki, ölkədəki vakansiyalar məşğulluq alt
sistemində yerləşdirilir. Həmin vakansiyalara aktiv şəkildə
müraciət etsinlər.

Leave A Reply

Your email address will not be published.