Bakı, 20 iyun, AZƏRTAC
Yanvar-may aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 63,7 milyon manat olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, dörd ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 514 milyon 391 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 472 milyon 598 min manat, aksizlər üzrə 53 milyon 470 min manat, yol vergisi üzrə isə 23 milyon 332 min manat təşkil edib.
AZERTAG.AZ :Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 2 milyard manatdan çox olub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin