Göyçayda “Aqroturizm və Məşğulluq” festivalı keçiriləcək

0 6

Bakı. Trend:

İyunun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı
Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq
Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Aqroturizm və
Məşğulluq” (#GöyçayFest) festivalı keçiriləcək.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, festivalda kənd təsərrüfatı, ictimai iaşə və
aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil
olunacaq. Həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin məhsulları və həyata keçirilmiş layihələr nümayiş
etdiriləcək.

Festivalda iştirakçıları aqroturizmçilər və işəgötürənlərin
nümayiş etdirdikləri məhsullarla tanış olmaq imkanı qazanacaq,
təşkil olunacaq satış sərgisində yerli sahibkarların məhsullarını
əldə edə biləcəklər.

Tədbir Dövlət Məşğulluq Agentliyi, Meyvəçilik və Çayçılıq
Elmi-Tədqiqat İnstitutu, Dövlət Turizm Agentliyi, Göyçay Rayon İcra
Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “Aznar” QSC, “Göyçay-Süd” ASC
və Azərbaycanda Qadın Sahibkarığının İnkişafı Assosiasiyasının
birgə tərəfdaşlığı ilə baş tutacaq.

Məqsəd regionda aqroturizm və ekoturizmin, eləcə də milli
qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların
aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini
təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir.
Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir
gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm
növlərini inkişaf etdirməkdir.

Leave A Reply

Your email address will not be published.