Pekin, 19 iyun, AZƏRTAC
Hindistanda göyərtəsində 185 sərnişin olan “Boeing B737-800” tipli təyyarə Patna şəhərindəki aeroportdan havaya qalxdıqdan dərhal sonra sol mühərrik alışaraq yanmağa başlayıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, Dehliyə uçmalı olan təyyarənin pilotları yanğın olan mühərriki söndürərək, qəza enişinə qərar veriblər. “SpiceJet” aviaşirkətinə məxsus təyyarə təhlükəsiz eniş edib və sərnişinlərdən heç biri xəsarət almayıb.
Şirkətin açıqlamasında deyilir ki, yanğına mühərrikin pərinə quş çırpılması səbəb olub.
Şahin Cəfərov
Pekin
AZERTAG.AZ :Hindistanda sərnişin təyyarəsinin mühərriki havaya qalxandan sonra alışıb
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin