Bakı. Trend:
2022-ci il iyunun 21-dən etibarən ictimai yerlərdə, o cümlədən
küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin
(yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar
istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan
olunması tələbi ləğv edilir.
Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin xüsusi
karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin
aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında qərarında
deyilir.