II və III ixtisas qrupları üzrə qeydiyyat bu gün başa çatır

0 3

Bakı. Trend:

II və III ixtisas qrupları üzrə imtahanda iştirak etmək
istəyənlər 20 iyun saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin
internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İmtahanda yalnız
göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak
edə bilərlər.

DİM-dən Trend-ə verilən xəbərə görə, abituriyentlər “Şəxsi
kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə
edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/)
vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan
abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş
şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün
statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş
şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq
icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla
əldə olunur.

Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə imtahan vermək
istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin
internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci
mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel
tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə
təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

Leave A Reply

Your email address will not be published.