İlin sonuna qədər əmək müqavilələrinin tam elektronlaşdırılması nəzərdə tutulur

0 7

Bakı. Trend:

May ayından etibarən ölkə üzrə əmək müqavilələri birbaşa
elektron imza ilə təmin edilir ki, bu da əmək münasibətlərini daha
da təkmilləşdirməyə, kağız daşıyıcıların elektronlaşdırılmasına
imkan verir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev deyib.

O bildirib ki, cari ilin ikinci yarısından kağız üzərində əmək
müqavilələrinin tamamilə ləğvi və ilin sonuna qədər əmək
müqavilələrinin elektron sistemdə tətbiqi nəzərdə tutulur:

“Bununla biz elektron əmək münasibətlərinə keçidi təmin etmiş
olacağıq”.

Leave A Reply

Your email address will not be published.