İndiyədək 12 min qazi işlə təmin olunub – Anar Kərimov

0 8

Bakı. Trend:

İndiyədək 3 min qazinin əlilliyi müəyyən olunub.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət
büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

“Bu məsələ ilə bağlı biz müvafiq qurumlarla birgə işləyirik.
Artıq minlərlə qazi ağır və yüngül xəsarətlərə görə də ödənişlərini
alırlar”, – A.Kərimov bildirib.

Nazir müavini qeyd edib ki, təqribən 12 min qazi işlə təmin
olunub: “Bu şəxslərə 20 min reabilitasiya vasitəsi verilib”.

Nazir müavini qeyd edib ki, Birinci Qarabağ müharibəsi əlilləri
ilə bağlı da müəyyən işlər gedir.

“Qazilər bizim fərəh və qürur yerimizdir. Bu sahədə nə etsək,
yəqin ki, kifayət olmayacaq. Əlbəttə ki, əlavə tədbirlərə ehtiyac
var”.

Leave A Reply

Your email address will not be published.