İran-Azərbaycan mədəni əlaqələri birgə əməkdaşlıq proqramı ilə inkişaf edəcək — İranlı nazir

0 2

Bakı. Trend:

İran və Azərbaycan arasında mədəni əlaqələr iki ölkə arasında
birgə əməkdaşlıq proqramının yaxın gələcəkdə imzalanması ilə
inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu İranın mədəniyyət və islami irşad
naziri Məhəmməd Mehdi Esmaili Azərbaycanın mədəniyyət naziri Anar
Kərimovla birgə Tehranda baş tutan mətbuat konfransında deyib.

M.Esmailinin sözlərinə görə, İran və Azərbaycan arasında
müştərək mədəniyyət, tarixi bağlar və tarixi böyük şəxsiyyətlər
ölkələri bir-birinə bağlayan amillərdir. Buna əsasən əlaqələrin
inkişafına mane ola biləcək hər bir maneədən keçəcəyik.

“Azərbaycanlı həmkarımla görüşdə qarşılıqlı səfərlərin həyata
keçirilməsi, birgə film festivallarının təşkil olunması, məşhur
şəxsiyyətlər haqda kinoların çəkilməsi və iki ölkənin tarixi
əlaqələrinin inkişafına müsbət təsir göstərə biləcək digər
məsələlər haqda müzakirələr apardıq”, — deyə o qeyd edib.

Leave A Reply

Your email address will not be published.