İşğaldan azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrılacaq

0 3

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən
qurulması üçün ayrılan vəsait artırılır.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının
2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.

Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat
vəsaitin ayrılması təklif edilir.

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci
il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş
ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon
manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Leave A Reply

Your email address will not be published.