İstehlaka yararsız dəniz məhsulları məhv edilib

0 2

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün
mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində
tədbirləri davam etdirir.

Agentlikdən Trend-ə daxil olan məlumat əsasən, “Food Fish”
MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və
istifadə müddəti bitmiş, ümumi çəkisi 3510 kq dəniz məhsulları
“Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların
zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Leave A Reply

Your email address will not be published.