Bakı, 19 iyun, AZƏRTAC
Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası qitə yarışında 3 qızıl, 2 bürünc medal qazanıb. Belə ki, qızıl medalları komandamızın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kg), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kg) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kg) isə qitə çempionatında üçüncü yerləri tutublar.
Yarışda 48 ölkədən 1064 idmançı iştirak edib.
AZERTAG.AZ :Karateçilərimiz Avropa çempionatında 5 medal qazanıblar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin