Kimyaçı alimin beynəlxalq forumda məruzəsi dinlənilib

0 2

Bakı, 20 iyun, AZƏRTAC

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev Qırğızıstanın paytaxtı Bişkek şəhərində “MDB ölkələri alimlərinin IV beynəlxalq forumunda” iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, forum çərçivəsində MDB-nin gənc alimləri üçün təşkil olunan dəyirmi masada E.Babayevin “Elmin inkişafı və gənclərin elmə inteqrasiyası akademiya modeli kontekstində” mövzusunda məruzəsi dinlənilib.

E.Babayev elmin müasir çağırışları, ölkəmizdə həyata keçirilən gənclər və elm siyasətinin əhəmiyyəti, “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı, AMEA-nın strukturu, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti barədə danışıb. O, gənc alim və mütəxəssislər üçün yaradılan elmi-intellektual mühit barədə məlumat verib.

Məruzəçi, eyni zamanda, gənclərin innovativ intellektual beyin məhsullarını realizə etmək üçün Yüksək Texnologiyalar Parkında yaradılan geniş imkanların praktiki tətbiq istiqamətində yeni üfüqlərə yol açdığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.