Kolumbiyada prezident seçkilərinin nəticələri açıqlanıb

0 3

Bakı. Trend:

Kolumbiyada bazar günü keçirilmiş prezident seçkilərinin ikinci
turunun nəticələri açıqlanıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, solçu “Tarixi Pakt” koalisiyasını
təmsil edən senator Qustavo Petro prezident seçkilərində qələbə
qazanıb.

Ölkənin hazırki prezidenti İvan Duke seçkilərdə qələbə qazanan
Q. Petronu təbrik etdiyini bildirib.

“Mən Qustavo Petroya zəng edərək onu seçilmiş prezident kimi
təbrik etdim. Hakimiyyətin sivil, institusional və şəffaf
ötürülməsinə başlamaq üçün yaxın günlərdə görüşməyə razılaşdıq”, –
İ.Duke “Twitter” hesabında yazıb.

Leave A Reply

Your email address will not be published.