Bakı. Trend:
Kolumbiyanın Kauca departamentinin Paez bələdiyyəsi yaxınlığında
baş verən sürüşmə nəticəsində üçü uşaq olmaqla azı 8 nəfər həlak
olub.
Trend «Sinxua»
agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət
orqanları məlumat yayıb.
«Paez bələdiyyəsindən təxminən 6 km aralıda yerləşən əraziyə
çatmaqda xeyli çətinliklər yaranıb. Yolun müxtəlif hissələrində
sürüşmə baş verib və bələdiyyənin müvafiq xilasetmə texnikası
yoxdur», — rısmi mənbədən bildirilib.
Torpaq sürüşməsinə bu mövsüm ölkənin əksər ərazilərində müşahidə
olunan güclü yağışlar səbəb olub.
Xilasedicilər dağıntılar altından qurbanların qalıqlarını
çıxarmaq üçün müvafiq təsbirlər görürlər.