Litva Azərbaycanda “yaşıl” enerji layihələri üzrə əməkdaşlıqda maraqlıdır

0 2

Bakı. Trend:

Litva Azərbaycanda “yaşıl” enerji sahəsində layihələr üzrə
əməkdaşlıqda maraqlıdır.

Bu barədə Trend-ə Litva Xarici İşlər Nazirliyindən
bildiriblər.

Qeyd olunub ki, Litva bərpa olunan enerji mənbələri, xüsusən də
günəş enerjisi sektorunda böyük potensiala malikdir.

“Litva şirkətləri yüksək səmərəlilik və uzunmüddətliliyə
əsaslanan yüksək keyfiyyətli günəş modulları təklif edə bilər.
Litvada istehsal olunmuş ən böyük günəş modulları Litva
prezidentinin Azərbaycana səfəri zamanı təqdim olunmuşdu. Biz həm
də tullantıların təkrar emalı sektorunda imkanlarımızı nümayiş
etdirdik”, — nazirlikdən deyiblər.

XİN-dən vurğulayıblar ki, Litva Azərbaycanı enerji sektorunda
Aİ-nin etibarlı tərəfdaşı qismində yüksək qiymətləndirir.

“Aİ Rusiyanın qazıntı yanacaq idxalından asılılığını aradan
qaldırmaq üzərində işləyir və alternativ enerji tədarükçüləri ilə
əməkdaşlığın möhkəmlənməsinə, tədarük mənbələrinin
şaxələndirilməsinə, o cümlədən Azərbaycandan təbii qaz həcmlərinin
nəqlinin artırılmasına maraq var”, — deyə bildirilib.

Əməkdaşlığın digər sahələrinə gəldikdə, Litva XİN bildirib ki,
Azərbaycan Cənubi Qafqazda başlıca ticarət tərəfdaşlarından
biridir.

“Litva, xüsusən innovasiya və yüksək texnologiyalar
sektorlarında, o cümlədən İKT və bərpa olunan enerji mənbələri
sahəsində, eləcə də kənd təsərrüfatı və qida sənayesi sahələrində
əməkdaşlıq üçün imkanların axtarışında maraqlıdır”, — nazirlikdən
deyiblər.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.