Livanda meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb

0 2

Bakı. Trend:

Livanda meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, virus xaricdən gəlmiş qadında aşkar edilib. Onun
ev şəraitində təcrid olunduğu, sağlamlıq vəziyyətinin stabil olduğu
deyilir.

Hazırda həmin qadının təmasda olduğu şəxslər müəyyənləşdirilir.
Onun hansı ölkədən olduğu açıqlanmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən,
bu günədək meymunçiçəyinə 50-yə yaxın ölkədə 2 mindən çox şəxs
yoluxub.

Leave A Reply

Your email address will not be published.