Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Kardiak MRT-nin üstünlükləri hansılardır” sualını cavablandırıb

0 2

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman
radioloq Eldəniz Hüseynov “Radioloji müayinələr” rubrikasında
“Kardiak MRT-nin üstünlükləri hansılardır” sualını
cavablandırıb.

igər ürək görüntüləmə üsulları olan exokardioqrafiya və ürək
tomoqrafiyasından fərqli olaraq, bu üsulu xüsusi edən ən
əhəmiyyətli xüsusiyyəti toxuma səviyyəsində ətraflı məlumat
verməsidir. Ürək əzələsinin toxumasını bu şəkildə qiymətləndirə
biləcək başqa bir diaqnostik üsul yoxdur. Məsələn, ürək
çatışmazlığı olan bir xəstədə exokardioqrafiya aparıldıqda, sadəcə
ürək çatışmazlığının olmasını və dərəcəsini aşkar edir. Ancaq
kardiak MRT çəkildikdə ürək çatışmazlığının səbəbi haqqında çox
vacib məlumatlar əldə edilir. Ürək çatışmazlığına; koronar arteriya
xəstəliyininmi, anadangəlmə genetik bir ürək çatışmazlığınınmı və
ya ürəkdəki infeksiyaya bağlı iltihabi prosesin səbəb olduğu
sualına ən yaxşı cavab verə bilən ürəyin görüntüləmə üsuludur. Bu
yolla xəstələrin diaqnoz və müalicə prosesi sürətləndirilir və
xəstəliyin gedişinə böyük töhfə verilir.

• Bütün bunları təmin edərkən, bu texnikanın çox əhəmiyyətli bir
xüsusiyyəti xəstələrin radiasiyaya məruz qalmamasıdır.

• Xəstələrin diaqnozu və müalicəsi ilə yanaşı, müalicə prosesi
başladıqdan sonra xəstələrin təqibi də vacibdir. Məsələn, bir xəstə
bypass əməliyyatından əvvəl kardiak MRT ilə qiymətləndirildikdə,
əməliyyatdan sonra sağala biləcək toxuma miqdarı proqnozlaşdırıla
bilər. Kardiak MRT, həmçinin təqibdə dəqiq ölçümlər etməklə və
toxumanın əsaslı qiymətləndirmə aparılması üçün təqibdə istifadə
edilə bilər.

• Kimyaterapiya alan xəstələrdə bəzi dərmanlar ürək toxumasına
toksik təsir göstərə bilər. Xüsusilə exokardioqrafik görüntü
keyfiyyəti yaxşı olmayan xəstə qruplarında MRT ilə ürək
funksiyaları ətraflı şəkildə izlənilə bilər. Bundan əlavə,
radiasiya olmadığı üçün xərçəng xəstələri üçün də böyük əhəmiyyət
kəsb edir.

• Ürək əzələsi iltihabının (miokardit) müalicəsindən sonra və ya
infarktdan sonra qalıcı zədə olub-olmaması da ürək MRT ilə
araşdırıla bilər.

• Bəzi revmatoloji xəstəliklərə bağlı ürək əzələsi də zədələnə
bilər. Ürəkdə tutulma varsa, ürək çatışmazlığının bu xəstəliklərə
bağlı olduğu düşünülürsə, müalicə tamamilə dəyişdirilə bilər. Bu
səbəbdən, revmatoloji xəstəliklərdə ürəkdə tutulmanın olub-olmaması
baxımından kardiak MRT olduqca yol göstəricidir.

• Kardiak MRT-nin görüntü keyfiyyəti exokardioqrafiyadan qat-qat
üstündür. Ürəyin həcmi, yığılma gücü və onun bütün anatomiyası
haqqında ətraflı təhlil aparıla bilər. Xüsusilə, sağ mədəciyin
fərqli, çətin, qıf şəkilli anatomiyası var və exokardioqrafiya ilə
sağ mədəciyin detallı qiymətləndirilməsi çətin olsa da, kardiak MRT
ilə həm həcmi, həm də funksiyası asanlıqla qiymətləndirilə bilər.
Kardiak MRT- aritmogen sağ mədəciyin displaziyası (ARVD) adlanan və
həyat üçün təhlükə yaradan ritm pozğunluqlarına səbəb ola bilən
ürək xəstəliklərinə dair təlimatlardakı diaqnostik
kriteriyalarından biridir.

• Hipertrofik kardiomiopatiya kimi ürək əzələsinin qalınlaşması
ilə gedən və genetik mənşəli bəzi xəstəliklərdə, ürək əzələsindəki
birləşdirici toxuma dəyişikliyi mümkün ritm pozğunluqları haqqında
qabaqcıl məlumat verdiyi üçün bu xəstələrə mütləq kardiak MRT
edilməlidir. Bundan əlavə, bu xəstəlik “autosomal dominant”
dediyimiz genetik keçid xüsusiyyətinə malik olduğundan, ailə
üzvləri exokardioqrafiya ilə qiymətləndirildikdə, arada qalan
hallar varsa və ya erkən mərhələdə xəstəlik şübhəsi varsa, ətraflı
qiymətləndirmə üçün ailə üzvlərinə kardiak MRT ilə nəzarət edilməsi
düşünülə bilər.

• Ürəkdaxili kütlənin qiymətləndirilməsində, kütlənin növü və
yayılması haqqında ətraflı məlumat verir.

• Anadangəlmə ürək xəstəliklərində həm anatomiya, həcm və
hemodinamika baxımından qabaqcıl məlumatlar verdiyi üçün olduqca
tez-tez istifadə olunur. Xəstələrin cərrahiyyə növü ilə bağlı
qərarında və rutin təqiblərində, yenə radiasiyadan azad olması,
hemodinamik qiymətləndirməyə imkan verməsi və detallı görüntülərin
alınması baxımından üstünlük verilən diaqnostik üsuldur.

Leave A Reply

Your email address will not be published.