Meymunçiçəyi ilə bağlı Azərbaycana minlərlə test gətirilməsi nəzərdə tutulub – Hande Harmancı

0 7

Bakı. Trend:

Meymunçiçəyinin diaqnostikası üçün Azərbaycana minlərlə test
gətirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə,
bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi
Hande Harmancı deyib.

H.Harmancının sözlərinə görə, xəstəliyin diaqnozu üçün testlərin
alınması məqsədilə Azərbaycan hökuməti Ümumdünya Səhiyyə
Təşkilatına müraciət edib: “Xəstəliyin bir neçə müxtəlif tipi var.
Onların hansının gəlmə ehtimalının yüksək olması araşdırılır.
Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq edirik. Qısa müddət
ərzində testlər gətiriləcək. Azərbaycana meymunçiçəyinin
diaqnostikası üçün minlərlə test gətirilməsi nəzərdə tutulub.
Hazırda ölkədə önəmli bir təhlükə yoxdur.

Bütün əhalinin həmin xəstəliyə qarşı peyvənd olunması müzakirə
mövzusu deyil. Tədqiqatlar aparılır. Yüksək risk qruplarını təmsil
edən insanların peyvəndlənməsi ola bilər. Hər kəsə peyvənd
vurulmasına gərək və ehtiyac yoxdur”.

H.Harmancı bildirib ki, meymunçiçəyi COVID-19 kimi təlaşlandıran
bir xəstəlik deyil:

“Fərqli şəkillərdə yoluxduğu üçün insandan-insana çətinliklə
keçir. Çox təlaşa düşməmək lazımdır. Lakin həmin xəstəliyi də
müşahidə altında saxlamalıyıq”, – ÜST rəsmisi deyib.

Leave A Reply

Your email address will not be published.