Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib (FOTO)

0 8

Bakı. Trend:

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji
araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun
növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü
uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin
rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər
Piriyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları müdafiə naziri
general-polkovnik Zakir Həsənovun adından təbrik edərək onlara
gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kursu bitirən məzunlara diplom və döş nişanları təqdim
olunub.
Sonda xatirə şəkli çəkdirilib.

Leave A Reply

Your email address will not be published.