Misir HHQ-nin qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb

0 8

Bakı. Trend:

Misir HHQ-nin qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin SQ mətbuat katibi
polkovnik Qərib Əbdül Əziz bildirib.

“Hərbi Hava Qüvvələrinin təlim proqramının icrası zamanı döyüş
təyyarəsi poliqonların birində texniki nasazlıq səbəbindən qəzaya
uğrayıb”, – o qeyd edib.

Rəsminin sözlərinə görə, təyarrənin pilotu sağ qalıb.

Xatırladaq ki, bu, Misir HHQ-nin hərbi təyyarələrinin təlim
uçuşları zamanı ilk qəzası deyil. 2020-ci ilin yanvarında ölkənin
Hərbi Hava Qüvvələrinə məxsus qırıcı qəzaya uğramışdır. Nəticədə
pilot həlak olmuşdur. Daha əvvəl, 2018-ci ilin noyabr ayında
MiQ-29M markalı qırıcı təlim uçuşu yerinə yetirərkən qəzaya
uğramışdır, lakin pilot vaxtında təyyarəni tərk edə bilmişdir.

Leave A Reply

Your email address will not be published.