“Müasir dövlət qulluğunda innovasiyalar və təcrübələr” adlı konfrans keçirilib (FOTO)

0 7

Bakı. Trend:

Prokurorluq orqanlarının əsas prioritet istiqamətlərindən biri
kimi dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi,
innovasiya və təcrübədən yararlanması üçün mövcud münasibətlərin
inkişaf etdirilməsinə yönələn kompleks işlər görülür.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, “23 iyun Dövlət
Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar Azərbaycan
Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının
Anti-korrupsiya Təlim Mərkəzinin təşkilatçılığı ilə 17 iyun 2022-ci
il tarixdə “Müasir dövlət qulluğunda innovasiyalar və təcrübələr”
adlı konfrans keçirilib.

Konfransın məqsədi dövlət qulluqçuların yüksək mənəvi dəyərləri
və xidməti fəaliyyətinin yüksəldilməsi, dövlət qulluğu sistemində
idarəçiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər və
təkliflərin dinlənilməsi olmuşdur.

Konfransda iştirak edən Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri
Kamal Cəfərov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi
Talıb Cəfərov, Anti-korrupsiya Təlim Mərkəzinin katibi Nigar
Qələndərli dövlət qulluğu sistemində idarəçiliyin
təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf
etdirilməsi, innovativ metodların tədbiqi, dövlət orqanlarının
fəaliyyətində səmərəliliyin artırılması kimi mühüm məsələlər üzrə
dinləyicilərə ətraflı məlumat vermişlər.

Konfrans zamanı, Mətbuat Xidmətinin məsləhətçisi Aynurə Əliyeva
“Dövlət qulluqçusunun məsuliyyəti”, həmçinin Hüquqi təminat və
insan hüquqları məsələləri idarəsinin baş məsləhətçisi Şahxanım
Ağayeva “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin
yüksəldilməsi”, Elm-Tədris Mərkəzinin baş məsləhətçisi İlkanə
Qasımova “Dövlət qulluğunda institusional islahatların həyata
keçirilməsi”, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin baş
məsləhətçisi Aydan Nurəlizadə “Dövlət qulluğunun inkişaf
prinsipləri”, Maddi-texniki təminat şöbəsinin aparıcı məsləhətçisi
Ay Sənəm Müslümova “Dövlət qulluğuna qəbul edilmək hüququ və
qulluğa qəbul” və Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd
xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış
fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin baş
məsləhətçisi Yaqut Şövkətova “Dövlət qulluqçuların sosial təminatın
yüksəldilməsi” mövzularında çıxışlar edib.
Konfransın sonunda maraq doğuran suallar təlimçilər tərəfindən
cavablandırılıb, eləcə də dinləyicilər arasında faydalı fikir
mübadiləsi aparılıb və konfrans iştirakçılarına təşəkkürnamə təqdim
edilib.

Leave A Reply

Your email address will not be published.