Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb (FOTO/VİDEO)

0 6

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı
şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra
olunur.

Agentlikdən Trend-ə verilən məlumata görə, “İnvestisiya
Proqramı”na əsasən, Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində
aparılan təmir işləri yekunlaşıb. Küçənin uzunluğu 476 metr, eni
ortalama 8.4 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton
örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada
səkiləri bərpa olunub, kənarlarına zəruri yerlərdə yeni səki
daşları düzülüb.

Küçə boyu 4 min kv.m-ə yaxın əraziyə 2 laydan ibarət yeni
asfalt-beton örtüyü döşənib. Daha sonra küçəyə üfüqi nişanlanma
xətləri çəkilib.

Nərimanov rayonu üzrə təmir işləri hazırda 640 metr uzunluğa
malik Əbdüləzəl Dəmirçizadə küçəsində də aparılır. Belə ki, küçədə
frezlənmə və səki daşlarının düzülməsi işləri görülür.

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi
uzunluğu 7.6 km təşkil edir.

Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Nərimanov rayonu
ərazisində ümumi uzunluğu 10.4 km olan küçələr təmir edilib.

Leave A Reply

Your email address will not be published.