Bakı. Trend:
ABŞ-ın Nyu-York şəhərində atışma baş verib.
Trend-in
məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər yaralanıb.
Qeyd olunur ki, yaralananlar xəstəxanaya yerləşdirilib, bir
nəfərin vəziyyəti ağırdır.
Atışma Nyu-Yorkun Harlem rayonunda qeydə alınıb, polis hadisə
ilə bağlı araşdırmalara başlayıb.