Bakı. Trend:
Özbəkistanla imzalanan sənədlər yeni əlaqələrin qurulmasına
imkanlar yaradacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri
Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.
“Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan
sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və
investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni
əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın
genişlənməsinə əlavə imkanlar yaradacaq”, – paylaşımda deyilir.