Paşinyan rəqiblərini güllələdir, Qərb isə hələ də susur

0 3

Bakı. Trend:

Ermənistanda daim siyasi opponent­lərə qarşı repressiyalar,
qətllər və digər zorakı hərəkətlər həyata keçirilib. Paşinyan
hakimiyyəti dövründə də bu “ənənə” davam edib, yəni hakimiyyəti
saxlamaq üçün siyasi opponentlərə qarşı istənilən zorakı hərəkətlər
həyata keçirilir, hətta lazım gəldiyi zaman siyasi opponentlər
qətlə belə yetirilir.

Trend-in
məlumatına görə, Paşinyan hakimiyyəti də öz sələflərinin zorakı
metodlarından istifadə etməyə çalışır və bunu uğurla icra edir.
Belə ki, Paşinyan uzun dövr ərzində siyasi opponentlərə
genişmiqyaslı təzyiqlər, zorakılıq metodlarından istifadə etdi.
Vaxtilə hakimiyyətdə olmuş şəxslər, onların yaxınları həbs olundu,
etiraz aksiyaları qəddar şəkildə dağıdıldı, tənqidçi media
susduruldu, kütləvi həbslər həyata keçirildi.

İndi isə Paşinyanın siyasi opponentləri, hakimiyyəti tənqid edən
şəxslər sadəcə güllələnir.

Belə ki, Ermənistanın Araqatsotn vilayətində hakim “Vətəndaş
müqaviləsi” partiyasının üzvlərinin qohumları Paşinyanı təhqir
etdiklərinə görə gənclərə atəş açıb.

Qeyd olunur ki, partiyadan olan deputat Matevos Asatrayanın və
Araqatsotn vilayətinin qubernator müavini Edqar Parvanyanın
qohumları bir neçə nəfərə “Kalaşnikov” avtomatından atəş açıb.
Məlumata əsasən, bir nəfər ölüb, yaralananlar var.

Bu, bir daha onu göstərir ki, Paşinyan və komandası iqtidara
xalqın dəstəyi ilə gəlməyib və özü haqqında yaratdığı demokrat
imici həqiqətə uyğun deyil.

Lakin qəribədir ki, Paşinyan bu qədər zorakılıqdan sonra
beynəlxalq təşkilatların diqqətindən yayınmağı da bacarır.

Təsəvvür etmək çətin deyil ki, belə hal Azərbaycanda baş
versəydi, Qərbin müəyyın dairələrinin göstərişi ilə beynəlxalq
hüquq-müdafiə təşkilatları, mediası, ayrı-ayrı ekspertlər
Azərbaycana qarşı necə şiddətli qara piar kampaniyası həyata
keçirməyə başlayacaqdılar.

Ancaq Qərb demokratik hesab etdiyi Paşinyan hakimiyyətinin öz
tənqidçilərini qətllərlə aradan götürməsinə belə heç bir reaksiya
vermir. Bu, ikili standartların, ədaləysizliyin və ikiüzlülüyün
bariz nümunəsidir.

Leave A Reply

Your email address will not be published.