Pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsait artırılır

0 3

Bakı. Trend:

2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların
maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği 2022-ci ildə
təsdiqlənmiş büdcəsinin göstəriciləri ilə müqayisədə 6 %, 2021-ci
ilin büdcəsi ilə müqsyisədə isə 15 % artımla nəzərə alınıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət
büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini qeyd edib ki, Prezidentin fərman və sərəncamları
ilə ümumi şərtlərlə pensiya alan 1,1 milyon pensiyaçının ödənişləri
indeksasiya olunub, əlavə olaraq 200 manat məbləğində maddi yardım
müəyyən edilib: “Xüsusi şərtlərlə pensiya alan pensiyaçıların
ödənişləri isə 10 % indeksasiya olunub. Bu sosial dəstək
tədbirlərinin ümumi maliyyə tutumu 440 milyon manat
məbləğindədir.

O bildirib ki, fərdi uçot və pensiya sistemində aparılan
sağlamlaşdırma tədbirləri, habelə məhkəmə çəkişmələrində nəzarətin
gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış
vəsaitin həcmi indeksasiya əmsalları tətbiq edilmədən 711 milyon
manat, indeksasiya tətbiq edilməklə 790 milyon manat təşkil
edir.

Leave A Reply

Your email address will not be published.