Postmüharibə dövründə göstərilən sosial dəstək tədbirləri açıqlanıb

0 2

Bakı. Trend:

Postmüharibə dövründə göstərilən sosial dəstək tədbirləri
açıqlanıb.

Trend xəbər
verir ki, postmüharibə dövründə təqribən 100 min şəxsə 190 min
xidmət göstərilib. 93 min nəfərə 104 min şəxsə sosial ödənişlər
ödənilib. Postmüharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3
000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856
sosial ödəniş həyata keçirilib.

Həmin dövrdə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min
nəfərə 3 714 xidmət göstərilib, 3500 mənzil şəhid ailələri,
müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib.
Bundan əlavə 214 avtomobil müharibə əlillərinə verilib.

Məşğulluq tədbirləri ilə bağlı 12,1 min nəfərə 12,1 min xidmət
göstərilib, 7,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.
Məşğulluq marafonu çərçivəsində 643 işəgötürənin təqdim etdiyi
vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub.

Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində
9,1 min nəfərə 27 min xidmət göstərilib. Postmüharibə dövründə 2954
ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman
verilib. Bundan əlavə Reabilitasiya Müəssisələrində 2 500 qaziyə
xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını
itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək
texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə
19 333 reabilitasiya vasitəsi verilib və s.

Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid
Əlaqələndirmə Mərkəzlərində 41 min nəfər xidmətlə təmin olunub
göstərilib. Həmin Mərkəz Azərbaycan Respublikası Prezidentinin
25.06.21 Fərmanı ilə yaradılıb. Mərkəzə 6 qurum və 33 YİH orqanı
üzrə 26 xidmət daxildir.

Sosial ödənişlərdə artım, yeni sosial ödənişlərlə bağlı
məlumatda bildirilib ki, 01.01.2021-ci ildən şəhid ailələri,
müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci
ildən müavinətlər orta hesabla 60% artırılıb. Vətən Müharibəsi
Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən
müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis
olunub.

Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və
müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa
görə orta aylıq pensiya 75% artıb.

Leave A Reply

Your email address will not be published.