Prokurorluq Bərdə sakininin həmkəndlisini öldürüb, intihar etməsi ilə bağlı məlumat yayıb

0 3

Bakı. Trend:

İyunun 18-i saat 13 radələrində Bərdə rayonu Şatırlı kənd sakini
1989-cu il təvəllüdlü Anar Hüseynovun öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış
ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il
təvəllüdlü Namiq Hüseynovun şəxsi mübasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Anar Hüseynovu
qəsdən öldürməsinə, daha sonra həmin tüfəngdən özünün baş
nahiyəsinə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Leave A Reply

Your email address will not be published.