“Qış parkı”nda yeraltı piyada keçidinə su sızıb

0 5

Bakı. Trend:

Bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli
Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su
sızması faktı qeydə alınıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, əraziyə
agentliyin əməkdaşları cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən
yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş
verib və nəticədə su keçidə sızmağa başlayıb.

Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat
verilib.

Leave A Reply

Your email address will not be published.