Qlobal Bakı Forumu ən aktual müasir çağrışların müzakirə olunduğu beynəlxalq plarformaya çevrilib – Deputat

0 7

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə 16-18 iyun 2022-ci il tarixində “Qlobal dünya
nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli
nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və
qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu
qonaqlar iştirak etmişdir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il
tarixli Sərəncamına əsasən dahi Azırbaycan şairi Nizami Gəncəvinin
870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il
tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi
toplantıda təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin
dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı
olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət
başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz
doqquzuncu dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum
qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət
qədər qısa müddət ərzində dünya platformlarından birinə çevrilib.
Qlobal Bakı Forumu artıq ən aktual müasir çağrışların müzakirə
olunduğu mühüm beynəlxalq platformaya çevrilmişdir.

Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyev IX
Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etmişdir. Cənab
Prezident çıxışı zamanı bir çox məsələlrə münasibət bildirmiş və
mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, VIII Bakı Qlobal
Forumundan keçən müddət ərzində dünya fundemental surətdə dəyişib.
Hələ ki, bu dəyişikliklər proqnozlaşdırılması mümkün olmayan
fəsadlarla müşahidə olunur. Əlbətdə ki, hər bir ölkə bu prosesə,
ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir.
“Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq
gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda ,
mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirlərin
aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl
platforma olaraq çıxış edir”.

Gözlənilən ərzaq böhranı ilə əlaqədar cənab Prezident
bildirmişdir ki, böhran qaçılmazdır və artıq yaxındadır. Böhranla
mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə
institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlat və
ölkələr ərzaq böhranının nəticəsi olaraq miqrantların potensial
artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar.

Cənab Prezident öz çıxışında Azərbaycan-Ermənistan
münasibətlərindən bəhs edərək qeyd etmişdir ki, Azərbaycan sülh
razılaşması üzərində çalışmağa başlamağı təkif edir. Azərbaycan hər
iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət
etmək və tanımaq və gələcəkdə hər hansı bir ərazi iddialarından
qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq
hüququn beş əsas prinsipini və Azərbaycanın təklifinin əsasını
təşkil edən başqa prinsipləri də irəli sürmüşdür.
Kommunikasiyaların açılması məsələsi ilə bağlı qeyd olunmuşdur ki,
Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli
Bəyanata əməl etməlidir. Azərbaycanın Nazçıvan Muxtar Respublikası
ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının
imzalanmasından bəri il yarımdan çox vaxt keçməsinə baxmayaraq
indiyədək heç bir çıxış təmin olunmayıb. Bu Ermənistan tərəfindən
Üçtərəfli Bəyənatın müddəalarının pozulmasıdır və bu, regionda bir
disbalans yaradır.

Regional sülhün fundamental elementlərindən biri olan Zəngəzur
dəhlizinin açılması məsələsinə toxunana cənab Prezident qeyd
etmişdir ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh
haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə
yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş
bütün səyləri uğursuz olacaq.

Qarabağda yaşayan erməni əhalisinin hüquqları və
təhlükəsizliyindən bəhs olunarkən qeyd olunmuşdur ki, Azərbaycanın
bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin
edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi
Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin
Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər
hüquqa malikdir, o cümlədən, illər boyu azərbaycanda yaşayan
ermənilər.

Qlobal Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc
birgəyaşayış, ədalətin bərqərar olması naminə həyata keçirilən
fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan üçün
çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara ev sahibliyi
etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi
baxımdan dünyada daha yaxından tanınmasına şərait yaradır. Həmçinin
bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq
münasibətlərdə oynadığı rolu daha da artırır. Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən
tədbirlərdə dünyanın görkəmli siyasətçiləri iştirak edir. Bütün
bunlar Azərbaycanın Beynəlxalq aləmdə rolunu xeyli dərəcədə
gücləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Bakıda
ənənəvi olaraq təşkil olunan Qlobal Bakı Forumu dünyanın üzləşdiyi
problemlərin müzakirə olunduğu ən yüksək səviyyəli beynəlxalq
əməkdaşlıq platformasına çevrilmişdir.

Milli Məclisin deputatı

Rauf Əliyev

Leave A Reply

Your email address will not be published.