Qubadlıda 2 tondan artıq yabanı çətənə kolu məhv edilib (VİDEO)

0 7

Bakı. Trend:

Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin
və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə
keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş
narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional
qrupundan Trend-ə verilən
məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş
Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan
artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Leave A Reply

Your email address will not be published.