Rəssam Lətafət Məmmədova ilə görüş keçirilib (FOTO)

0 5

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı UNESCO – Beynəlxalq İncəsənət
Assosiasiyası, UNESCO -Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və
Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü Azərbaycan rəssamı
Lətafət Məmmədova ilə görüş keçirib.

Görüş XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində baş tutub.
Moderator Zəhra Məmmədova olub.

Lətafət Məmmədova 1973-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq
Məktəbini müvəffəqiyyətlə bitirmişdir. Riqa, Vilnüs və digər
Baltikyanı şəhərlərin müxtəlif bədii kollektivlərində (1978-80-ci
illər) fəaliyyət göstərərək, yaradıcılığına görə çoxsaylı
mükafatlara layiq görülmüşdü. Yaradıcılıq fəaliyyəti ilə yanaşı o,
1980-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
müəllimi kimi daha sonra, İncəsənət bölməsinin rəhbəri vəzifəsində
çalışmışdır.

Leave A Reply

Your email address will not be published.