Rusiyanın iki aviaşirkəti Azərbaycana uçuşlar üçün icazə alıb

0 2

Bakı. Trend:

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi iki aviaşirkətə
Azərbaycanın şəhərlərinə uçuş icazəsi verib.

Trend-in
məlumatına görə, «Azimut» aviaşirkəti Moskvadan Lənkəran və
Qəbələyə, Mineralnıye Vodı şəhərindən Gəncəyə uçuşlar yerinə
yetirməyi planlaşdırır.

Rusiyanın digər aviaşirkəti «İrAero» isə Novosibirsk,
Yekaterinburq və Kazandan Bakıya uçuşlar üçün icazə alıb.

Qeyd edək ki, hazırda «Azimut» Mineralnıye Vodı və Soçi
şəhərlərindən Bakıya uçuşlar yerinə yetirir.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.