Şəhid ailələri və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin əsas istiqamətidir – Sahil Babayev

0 4

Bakı. Trend:

Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə
iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana
istiqamətidir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev bir qrup qazinin narazılıq etməsinə münasibət
bildirərkən deyib.

O qeyd edib ki, qəbul edilən əksər qərarlar məhz şəhid
ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial
rifahının yaxşılaşdırılmasına yönəldilib. “Birincisi, onlara
ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə
artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi onların böyük
əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət
Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin
nümayəndələri onların bir çoxlarının evlərini ziyarət edərək, maddi
imkanlarını qiymətləndirdi və onlara sosial ödənişlər və
məşğulluqla bağlı xidmətlər göstərildi. Dövlət Tibbi Ekspertiza
Komissiyasının həkimləri 6 mindən çox qazini xəstəxanalarda,
evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini
qiymətləndirdilər”, – nazir deyib.

S.Babayev qeyd edib ki, bunun nəticəsində ötən il yarımlıq
dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə
190 min xidmət göstərilib:

“Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların
sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər
kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onların 6 minə
yaxını özünüməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə
düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam
edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam
edəcək”.

Leave A Reply

Your email address will not be published.