Şəmkirdə istehlaka yararsız ət aşkarlanıb

0 2

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir
kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi
fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət
tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə daxil olan məlumat əsasında Agentlik
əməkdaşları tərəfindən Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət
göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilən
zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa
çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız
olduğu müəyyən olunub. Həmçinin mağazanın qarşısında 57-CD-617
dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində
istehlaka yararsız ət aşkar olunub. Müayinələrin aparılması üçün
nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun
müvafiq laboratoriyasına təqdim olunub. 75 kq rəngi qara, kəskin
qoxuya malik ət isə məhv edilib. Araşdırmalar davam etdirilir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul
olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və
qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Leave A Reply

Your email address will not be published.