Sərbəst güləşçilərimiz Avropa çempionatını 9 medalla başa vurublar

0 2

Bakı, 19 iyun, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçilər daha 4 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Sadiq Hüseynov (45 kq) finalda gürcüstanlı Nikolos Botçorişviliyə tam üstünlüklə (10:0) qalib gələrək qitə çempionu olub. Elman Ağayev (51 kq) isə həlledici görüşdə erməni Narek Hakobyanı 6:0 hesabı ilə üstələyərək Avropa çempionatının baş mükafatına yiyələnib.

Finalda türkiyəli Abdullah Topraka (0:4) məğlub olan Ağa Qasımov (60 kq) komandanın hesabına gümüş medal yazdırıb. Ağanəzər Novruzov (71 kq) isə bürünc medal uğrunda gərgin mübarizə şəraitində keçən qarşılaşmada erməni Razmik Yepremyana minimal fərqlə (6:5) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Bununla da milli komandanın medallarının sayı 9-a çatıb. Yığmamız Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

AZERTAG.AZ :Sərbəst güləşçilərimiz Avropa çempionatını 9 medalla başa vurublar

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.