Bakı. Trend:
İyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti
yağmursuz keçəcək, cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,
Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 31-36° isti,
Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa
enəcək.
Nisbi rütubət 40-50 % olacaq.
Abşeron çimərliklərində gözlənilən cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub
çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti
olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti,
dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.