Silk Way West Airlines onillik uğurunu qeyd edir (R)

0 3

Bakı. Trend:

Silk Way Group-un üzvü, müntəzəm və çarter reysləri vasitəsilə
dünya miqyasında xidmət göstərən və Avropada aparıcı
yükdaşıyıcılarından biri olan Silk Way West Airlines onuncu
ildönümünü qeyd edir.

Silk Way West Airlines Azərbaycanın iqtisadiyyatında və regional
liderliyində mühüm rol oynayır. Gənc şirkət öz potensialını ilk
gündən nümayiş etdirdi. Aviaşirkətin ilk reysi 2012-ci ilin iyul
ayında Bakı-Frankfurt-Han marşrutu üzrə Boeing 747 – 400F yük
təyyarəsi vasitəsilə həyata keçirilib.

Bu gün Silk Way West Airlines yükdaşımanın bir çox sahələrində
effektiv həllər təklif edir.

Şirkətin heyəti hazırda IATA və IOSA sertifikatları ilə təsdiq
edilmiş dəyərli bilik və təcrübəyə malik 1000-dən çox mütəxəssisdən
ibarətdir.

Beynəlxalq hava daşımaları bazarında artan tələbatı ödəmək üçün
Silk Way West Airlines MDB ölkələri, Yaxın və Orta Şərq,
Cənub-Şərqi Asiya, Avropa və Amerikada aparıcı rolunu gücləndirmək
üçün öz donanmasını və qlobal marşrut şəbəkəsini daha da
genişləndirmək niyyətindədir.

Genişlənmə strategiyası çərçivəsində aviaşirkət Şərq ilə Qərbi
birləşdirən, unikal çoğrafi mövqeyə malik, habelə dünya
standartlarına uyğun çeviklik və keyfiyyətli xidmət nümayiş edən
Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən yükdaşıma
qovşağını inkişaf etdirərək, müştərilərin gözləntilərini
qarşılamağı planlaşdırır.

“Bu gün biz Silk Way West Airlines-da inkişafın və uğurun 10
illiyini qeyd edirik. Mən aviaşirkətin belə qısa müddətdə əldə
etdiyi bütün nailiyyətlərindən qürur duyuram və eyni zamanda buna
heyranam. Bütün sadiq müştərilərimizə və tərəfdaşlarımıza dərin
minnətdarlığımı bildirmək istərdim. İnanıram ki, biz qarşımızda
qoyduğumuz missiya — dünyanın aparıcı yük aviaşirkətlərindən birinə
çevrilmək — üçün daha yüksək və daha sürətlə uçmağa davam
edəcəyik”, — Silk Way West Airlines -in Prezidenti cənab Volfqanq
Mayer bildirib.

2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way
Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan
iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə
həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group
şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava
gəmilərinə texniki xidmət göstərən üç şirkət – Silk Way Airlines,
Silk Way West Airlines və Silk Way Technics fəaliyyət
göstərir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan
Bakıda qoyulmuş
Silk Way West Airlines 12 müasir Boeing
747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın
müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir.

Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel
2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük
təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb.

Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli
aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır.
Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri,
Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq
istiqaməti əhatə edir.
Silk Way West Airlines şirkəti
Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci
ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

Leave A Reply

Your email address will not be published.