Son üç ildə dəyəri 6 milyard manat olan 3 sosial islahat paket həyata keçirilib — Nazir

0 2

Bakı. Trend:

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə
yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə
Gündəliyinə tam uyğundur.

Trend-in məlumatın görə, bunu Əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev deyib.

O bildirib ki, ölkəmizdə son üç il ərzində 4 milyon nəfəri əhatə
edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5
milyard ABŞ dolları) olan 3 sosial islahat paket həyata
keçirilib.

«Bu dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə,
orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı
fondu iki dəfədən çox artıb»,- nazir bildirib.

S.Babayev son illər sosial sahədə tətbiq olunan innovativ
nailiyyətləri (DOST mərkəzləri, sosial ödənişlərin
avtomatlaşdırılmış təyinat mexanizmləri, e-sosial portalı,
“Məşğulluq” alt sistemi və s.) qeyd edib. Nazirlik üzrə 173 sosial
xidmətdən 110-nun e-platformadan, 48-nin proaktiv qaydada təqdim
edildiyini, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edildiyini
bildirib. Yeni istifadəyə verilən “Əmək və məşğulluq” altsisteminin
əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və
faydaları diqqətə çatdırıb. Əmək hüquqlarının gücləndirilməsi və
beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək
Məcəlləsinin 170 maddəsinə də dəyişikliklər hazırlanaraq təqdim
edildiyini bildirib.

Leave A Reply

Your email address will not be published.