Təhlükəsiz şifrəni necə yaratmaq olar?

0 6

Bakı. Trend:

Hər gün internetdə yeni haker hücumu xəbərləri ilə
rastlaşırıq. Bəs biz nə edəcəyik?

Bugünkü intensiv IP-əsaslı həyatda, məlumatlarımızın
təhlükəsizliyini təmin etmək üçün birlikdə birdən çox tədbir görmək
lazımdır. Bu tədbirlər arasında ən çox müzakirə olunanı isə,
şübhəsiz ki, internetdə onlarla fərqli yerdə istifadə etdiyimiz
istifadəçi şifrələridir.

İnternetdə bank və sosial mediadan tutmuş xəbər saytlarına qədər
bir çox yerlər təklif etdikləri şəxsi xidmətlər üçün istifadəçi adı
və şifrə ilə daxil olmanızı tələb edir. Hamımız bilirik ki, bu
şifrələr güclü olmalıdır, lakin əsl problem bu “güclü şifrə”ni necə
yarada biləcəyimiz sualından başlayır.

Bir çox internet saytları var və hamısında eyni şifrədən
istifadə etmək düzgün deyil. Ancaq yaratdığımız bu fərqli şifrələri
qarışdıra bilərik.

Bəs biz nə etməliyik?

Yadda saxlanması asan şifrələrin seçilməsi yeganə həll yolu kimi
görünür və milyonlarla asanlıqla sındırılan şifrələr belə
yaradılır. İndi diqqət yetirin; deyirəm. Hardan bildiyimə
təəccüblənəcəksiniz: 123456, qwerty, “övladınızın adı+doğum
tarixi”…

Bəs biz nə edəcəyik ki, unutmayacağımız və asanlıqla ələ
keçirilə bilməyən şifrələr yarada bilək? İki sadə “qızıl qayda”
var:

1) Seçdiyiniz şifrə 8 simvoldan az olmamalıdır.

2) Mənalı söz olmamalıdır.

Bəs mənasız və ən azı 8 simvoldan ibarət şifrəmizi necə
xatırlayırıq? Burada sizə faydalı bir təklif verməklə yazımızı
yekunlaşdırmaq istərdim. Bəyəndiyiniz bir cümlə və ya şeir, mahnı
sözləri götürün, hərfi müəyyən ardıcıllıqla seçin (məsələn, son
hərf və ya ilk hərf). Sevdiyiniz söz və ya mahnını unutmaq
çətindir.

Leave A Reply

Your email address will not be published.