Tələbələr arasında güllə atıcılığı yarışı təşkil edilib

0 5

Naxçıvan, 20 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində ali və orta ixtisas təhsili müəssisələrin tələbələri arasında güllə atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışa hər komandadan 2 nəfər olmaqla, 12 gənc qatılıb. Hər iştirakçıya 10 atış imkanı yaradılıb. Nəticələr kağız hədəf üzərindəki şkalaya əsasən ümumi hesablama ilə müəyyənləşdirilib.

Tibb Kollecinin tələbəsi Bulud Əhmədov 31 xallıq göstərici ilə birincilik qazanıb. Müəllimlər İnstitutundan Hüseyn Əhmədli 7 xal fərqlə ikinci olub. “Naxçıvan” Universitetinin tələbəsi Əli Abbasov isə yarışı 22 xalla üçüncü sırada tamamlayıb. İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, xatirə barelyefi və peyntbol oyunu üçün kupon təqdim edilib.

Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, onlar arasında atıcılıq idman növlərinin təbliği və bacarıqlı atıcıların müəyyənləşdirilməsi məqsədilə keçirilib.

AZERTAG.AZ :Tələbələr arasında güllə atıcılığı yarışı təşkil edilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.