“Telegram”ın pullu versiyası işə salınıb

0 4

Bakı. Trend:

“Telegram” messenceri istifadəçilərə əlavə funksiyalara giriş
imkanı verən ödənişli “Premium” versiyanı işə salıb. Eyni zamanda,
tətbiqin özü pulsuz olaraq qalacaq.

Trend xəbər
verir ki, bu barədə messencerin rəsmi saytında bildirilir.

Qeyd olunur ki, “Telegram”-a pullu abunə olduqdan sonra tətbiqdə
demək olar ki, bütün limitlər ikiqat artır. Abunəçilər 4 GB-a qədər
faylları yükləyə, faylları maksimum sürətlə endirə, unikal
stikerlər və reaksiyalar göndərə, söhbətləri idarə etmək üçün əlavə
alətlərdən istifadə edə və bir çox başqa üstünlüklər alacaq.

Eyni zamanda, tətbiqin təxminən on il ərzində görünən bütün
funksiyaları pulsuz olaraq qalacaq.

2022-ci ildə “Telegram”-ın aktiv istifadəçilərinin sayı ayda 700
milyon nəfəri ötüb və messencer özü də dünyada ən çox yüklənən beş
proqramdan biri olub.

Leave A Reply

Your email address will not be published.