Tıxaca görə avtobuslar gecikir – Trend.Az

0 4

Bakı. Trend:

Hazırda paytaxtın Akademik Həsən Əliyev küçəsinin Novruzov
qardaşları küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsinin
kəsişməsinə qədər nəqliyyat sıxlığı müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu
səbəbdən 61, 83, 6, 13 nömrəli müntəzəm marşrutlar üzrə
avtobusların hərəkət intervallarında 18-20 dəqiqə gecikmə müşahidə
olunur.

Ümumilikdə həmin ərazidə 14 ədədə yaxın avtobusun sıxlıqda
qaldığı müşahidə edilir.

Leave A Reply

Your email address will not be published.