Toylarla bağlı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi ləğv olunur

0 2

Bakı. Trend:

2022-ci il iyunun 21-dən etibarən şənlik mərasimlərinin təşkili
və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil
edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin
keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə
imzalanan iltizamnamə tələbi ləğv olunur.

Trend xəbər verir ki, bununla
bağlı Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin
uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı
əlavə tədbirlər haqqında qərarında deyilir.

Leave A Reply

Your email address will not be published.