Türkiyə xüsusi xidmət orqanları İraqda PKK-nın daha bir liderini zərərsizləşdirib

0 6

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İraqın
Süleymaniyyə əyalətində “Ferhat Derik” adı ilə tanınan xüsusi
təhlükəli PKK terrorçusu Hüseyn Şiblini zərərsizləşdirib.

Trend yerli
KİV-lərə istinadla xəbər verir ki, suriyalı terrorçu regiondan
kənar üçüncü ölkələrlə əlaqələr quraraq İraqda yeni bir terror
təşkilatı yaratmaq istəyib.

Bildirilir ki, o, Suriyanın Hələb şəhərində və İraqın
şimalındakı Qara və Qəndil bölgələrində terror fəaliyyətləri həyata
keçirib.

Leave A Reply

Your email address will not be published.