Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı artıb

0 3

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Qazaxıstan kapitalı
ilə 43 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü
ilə müqayisədə 25 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu
barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından
(TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan
Qazaxıstan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı
da artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan
şirkətlərinin məcmu kapitalı 8,8 milyon türk lirəsi olduğu halda,
2021-ci ilin eyni dövründə bu rəqəm 3,9 milyon türk lirəsi təşkil
edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında
Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (28) qeydiyyata
alınıb.

“İstanbulnda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumu
kapitalı 2,9 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan
bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyədə
Qazaxıstan kapitalı ilə beş nəqliyyat-logistika, 16 topdan və
pərakəndə, 6 inşaat ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak
edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Qazaxıstan kapitallı 18
şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 3,9 milyon türk
lirəsi olub.

2021-ci ildə ən çox Qazaxıstan kapitallı şirkət İstanbulda qeydə
alınıb.

Leave A Reply

Your email address will not be published.